Babək prospektində yol yenidən çökdü - avtomobil çuxura düşdü VİDEO

Babək prospektində yol yenidən çökdüyü üçün qazıntı işləri aparılıb. Qazılan çuxura isə avtomobil düşüb.

Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən hadisə bu gün baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, qazılan çuxur ətrafında təhlükəsizlik tədbirləri, nişanlanma zəif olduğu üçün sürücü yolun qazıldığını görməyib və avtomobil çuxura düşüb.

Xatırladaq ki, Babək prospekti uzun müddət aparılan yenidənqurma işlərindən sonra ötən il dekabrın 10-da istifadəyə verilmişdi.

 

 

DİGƏR XƏBƏRLƏR

Top