Dünyanın ən çirkli şəhəri Avropadaymış

 
Serbiyanın paytaxtı Belqradda atmosfer çirkliliyi dünya antirekordunu vurub. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, Belqrad bu göstərici üzrə dünyanın bütün şəhərlərini qabaqlayıb.
 
Bildirilir ki, cümə axşamı yerli vaxtla saat 09:11-da Belqradda havanın keyfiyyət indeksi (AQI) 399 vahid təşkil edib, bu da hər bir insanın səhhətinə ciddi təhlükə törədir. Havada kül, zərərli maddələr və tüstü zərrəciklərinin normadan artıq olması qeydə alınıb. Reytinqin ikinci yerində Dehli (195) qərarlaşıb. İlk üçlüyü isə Katmandu (188) tamamlayır. 

DİGƏR XƏBƏRLƏR

Top