
Daha əvvəl özünü Venesuelanın keçid Prezidenti elan etmiş ölkənin Milli Assambleyasının sədri Xuan Quaido bəyan edib ki, polis tərəfindən onun ailəsinə təzyiq göstərilir. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, o bu barədə paytaxt Karakasda Venesuela Mərkəzi Universitetininin binası qarşısında çıxış edərkən məlumat verib.
O bildirib: “Hazırda polis xüsusi təyinatlıları mənim evimdədir, onlar Fabiananı (Quaidonun həyat yoldaşı) görmək istəyirlər. Diktatura bizi qorxuda biləcəyini hesab edir. Mən 20 aylıq körpəmlə baş verə biləcəklərə görə onların məsuliyyət daşıdığını hesab edirəm. Öz ailəmi qorumaq üçün buradan evə yollanıram və xüsusi xidmət orqanlarının əsl niyyətini öyrənmək məqsədi ilə diplomatik nümayəndələri mənimlə birlikdə getməyə dəvət edirəm”.
Tətbiqimizi yükləyə bilərsiniz