Fransa, Almaniya və Britaniya İranla xüsusi pul köçürmə mexanizmi yaradıb

 
Fransada İran ilə maliyyə tranzaksiyalarının  xüsusi mexanizmi qeydiyyata alınıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian Buxarestdə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib.
 
Onun sözlərinə görə, xüsusi mexanizm Almaniya və Böyük Britaniyanın iştirakı ilə qeydiyyata alınıb: “Bu alət ilk növbədə İranla aqrar sənaye malları və dərmanlar ilə ticarət üçün xidmət edəcək. Bu, Tehranla nüvə sazişimizin dəstəklənməsinə və bu ölkə ilə kommersiya münasibətlərinin qorunmasına yönəlmiş siyasətimizin vacib elementidir”.
 
XİN rəhbəri qeyd edib ki, bu alət Amerika sanksiyaları şəraitində İranla biznes aparmağa davam edəcək Avropa şirkətlərinin qorunmasını təmin etməyə imkan verəcək.

DİGƏR XƏBƏRLƏR

Top