Mingəçevirdə Gənclər günü qeyd edilib


2 fevral  – Gənclər Günü münasibəti ilə Mingəçevir Gənclər İdman idarəsi və Mingəçevir Gənclər evi Sosial Xidmət müəsissəsinin birgə təşkilatçılığı ilə  Mingəçevir şəhərindəki “Ağ saray “otelində  musiqili, əyləncəli tədbir keçirilib. Tədbirdə gəncləri təbrik etmək üçün şəhər İcra Hakimiyyətinin başçı İlham İsmayılov da qatılıb. Gəncləri təbrik üçün  çıxış edən  başçısı İlham İsmayılov  xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevralın Gənclər Günü kimi qeyd edildiyini bildirib. O bu bayramı ulu öndərin gənclərin ərmağanı kimi dəyərləndirib. “Gənclərimizə qayğı bir ənənədir və bu gün Prezident İlham Əliyev gənclərə xüsusi diqqət göstərir”, – sözləri ilə çıxışını davam etdirən başçı  daha sonra deyib: “Cənab Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Mingəçevir gənclərinin ictimai, elm, idman və mədəni sahələrdə fəallığının təmin edilməsi üçün zəruri addımlar atılıb. Gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün Gənclər Evi, Kür Olimpiya İdman Mərkəzi, Sahil parkı yenidən bərpa edilib onların ixtiyarına verilib. Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlayır. Göründüyü kimi, bu gün Azərbaycan gəncliyinin önündə böyük üfüqlər açılıb. Hər bir gənc öz yolunu Müstəqil Azərbaycan Respublikasının  həyat yolu kimi qəbul etməlidir. Biz də ümidimizi bu gəncliyə bağlamışıq. Biz siz gənclərə güvənib deyirik ki, ölkə iqtisadiyyatı inkişaf edir, quruculuq işləri aparılır, Azərbaycan dünyada daha da güclü dövlət kimi tanınır”.
Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli də  gəncləri təbrik edib. Qeyd  olunub ki,Mingəçevir Gənclər İdman idarəsi gənclərin inkişafı üçün müxtəlif istiqamətlərdə layihələr,tədbirlər həyata keçirilir ,bu layihələr hal-hazırda davam etdirilir. Gənclərin intelektual ,idman və sahibkarlıq,biznes və digər istiqamətlərdə inkişafını təmin etmək üçün həm yerli dövlət orqanları ilə ,həm də müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Xüsusən də BMT və Unisef  qarşılıqlı əməkdaşlı olunur. Qeyd edək ki,Mingəçevirdə artıq 6-cı  ildir ki,Gənclər evi fəaliyyət göstərir. Bu zaman müddətində Gənclər evinin könüllüləri,fəal gəncləri həm regional ,həm də beynəlxalq təşkilatlarla əlaqələr qurular.
Daha  sonra şəhər İcra Hakimiyyətinin başçısı  bir qrup fəal gəncə qazandıqları naliyyətlərə görə fəxri fərman və diplomlar təltif edib.
Gənclər şən musiqi sədaları altında rəqslər edib mahnılar oxuyublar.Mingəçevir Uşaq Gənclər inkişaf mərkəzinin “Sevinc”rəqs qrupunun üzvüləri şən musiqi nömrələri təqdim ediblər.
Esmira Hidayətova, Mingəçevir.
 
 

DİGƏR XƏBƏRLƏR

Top