Azərbaycanda kasıbların sayını göstərib, varlıların sayını gizlədirlər


Bir il əvvəl adambaşına düşən gəlir bölgüsünə görə Azərbaycan əhalisinin yalnız 1,2%-nin gəliri 550 manatdan yüksək olub. Yeniavaz.com açqılanan rəsmi statistikaya istinadən bildirir ki, gəlirləri 110-120 manat arasında olanlarla 120-130 manat arasında olanların sayını ayrı-ayrı göstərildiyi halda, gəlirləri 550 manatdan çox olanların sayını bir yerdə göstərilir. Bu isə o deməkdir ki, neçə nəfərin ayda 550 manat, neçə nəfərin isə ayda 100 000 manat gəlirinin olduğu bilinmir.
Rəsmi statistikaya baxdığımız zaman ölkədə neçə nəfərin kasıb olduğunu açıq çəkildə görmək olar. Belə ki, ötən ilin əvvəlinə olan sonuncu məlumata görə ölkədə 160 manata (2017-ci ildə yoxsulluq həddi 165,7 manat olub) kimi aylıq gəliri olan, yəni kasıb hesab olunan 952 min (ümumi əhalinin 9,7 %-i) nəfər yaşayır.
Lakin, ölkədə neçə nəfərin varlı oduğunu göstərən məlumat mövcud deyil. Ötən ilin əvvəlinə olan sonuncu məlumata görə ölkədə 550 manatdan çox gəliri olan 118 min (ümumi əhalinin 1,2 %-i) nəfər olub. Ancaq məlum məsələdir ki, gəliri 550 manatdan çox olan hər kəsi varlı hesab etmək mümkün deyil.

DİGƏR XƏBƏRLƏR

Top