Tbilisidə yeddi nəfər dəm qazından zəhərlənərək ölüb​


Tbilisidə mənzildə qaz sızması nəticəsində ölən şəxslərin qohum olduqları müəyyən olunub.

Onların arasında ata və oğul, həmçinin iki qardaş da var.

Ölən şəxslərin kimliyi barədə hələ məlumat verilmir.

Gürcüstanın Daxili İşlər Nazirliyi dəm qazından kütləvi zəhərələnmə faktı üzrə cinayət işi başlayıb, istintaq aparılır. 

Tbilisi şəhərini təbii qazla təmin edən şirkətdən bildirilib ki, bədbəxt hadisəyə səbəb olan su qızdırıcısına təbii qazın verilməsinin bu yaxınlarda qarşısı alınsa da, daha sonra sakinlər özbaşına olaraq qurğunu yenidən işə salıblar. (report)

DİGƏR XƏBƏRLƏR

Top