Azərbaycanda “donuz qripi”nin yayılması xəbərinə RƏSMİ AÇIQLAMA


Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 16 nəfərdə “donuz qripi”nin aşkarlanması barədə məlumatına münasibət bildirib.

Nazirlikdən bildirilib ki, Azərbaycanda bu günə qədər “donuz qripi”nə yoluxma halları aşkarlanmayıb.

“Taun Əleyhinə Stansiya ÜST-yə hər hansı nümunə göndərməyib. Həmin təşkilat da hansı nümunələrə əsaslanaraq bu məlumatı yayıb bizə məlum deyil”, - deyə Səhiyyə Nazirliyindən bildirilib.(report)

DİGƏR XƏBƏRLƏR

Top