Ümumdünya Səhiyyə Təşkilatı: Azərbaycanda 16 nəfər "donuz qripi"nə yoluxub


Ümumdünya Səhiyyə Təşkilatının Qrip Xəstəliklərinin Profilaktikası və Nəzarəti Mərkəzi tərəfindən 14-20 yanvar tarixlərində 82 nəfərdən alınan nümunə əsasında həyata keçirilən laborator yoxlamalar zamanı məlum olub ki, Azərbaycanda "donuz qripi"nə (A/H1N1) virusu) yoluxanların sayı 16 nəfər olub. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasından belə görünür ki, Azərbaycanda laborator yoxlmaya cəlb olunan təxminən hər 5 nəfərdən biri "donuz qripi"nə yoluxub.
Yeniavaz.com Ümumdünya Səhiyyə Təşkilatından açıqlanan məlumatlara istinadən bildirir ki, qonşu ölkələr arasında "donuz qripi" ən çox Ermənistanda yayılıb. 14-20 yanvar tarixlərində Ermənistanda həyata keçirilən laborator yoxlamalar zamanı 160 nəfərdən alınan nümunə arasından 59 nəfərin "donuz qripi"nə yoluxduğu məlum olub. Laborator yoxlamaya cəlb olunan təxminən hər 3 nəfərdən birində "donuz qripi" aşkarlanıb.
Gürcüstanda 43 nəfərdən alınan nümunə arasından 16 nəfərin, Türkiyədə 355 nəfərdən alınan nümunə arasından 15 nəfərin , İranda 1159 nəfərdən alınan nümunə arasından 7 nəfərin, Rusiyada isə 3839 nəfərdən alınan nümunə arasından 425 nəfərin "donuz qripi"nə yoluxduğu aşkarlanıb.
Nəticədə Gürcüstanda laborator yoxlmaya cəlb olunan təxminən hər 3 nəfərdən biri,  Türkiyədə təxminən hər 24 nəfərdən biri, İranda təxminən hər 165 nəfərdən biri, Rusiyada isə təxminən hər 9 nəfərdən biri "donuz qripi"nə yoluxub.
Məlumat üçün bildirək ki, Azərbaycan Səhiyyə Nazirliyi Azərbaycanda "donuz qripi”nə yoluxmanın qeydə alınmadığını bildirsə də Ümumdünya Səhiyyə Təşkilatının rəsmi veb-səhifəsində yerləşdirilən məlumatda bunun əksi göstərilir. 

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi veb-səhifəsində yerləşdirilən cədvəlin linki: http://apps.who.int/flumart/Default?ReportNo=2


 

 

DİGƏR XƏBƏRLƏR

Top