ABŞ Suriyada Türkiyənin qarşısını almaq üçün 3 ölkənin qoşununu cəlb etmək istəyir


Türkiyə Suriyanın şimalında bufer zonanın yaradılmasına başlasa, ABŞ kürd müttəfiqlərini qorumaq üçün Böyük Britaniya, Fransa və Avstraliya qoşunlarını cəlb etmək məsələsini nəzərdən keçirir. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələr deyiblər. Onların sözlərinə görə, britaniyalı, fransalı və avstraliyalı hərbçilər YPG/PYD silahlılarını qorumalıdır. Bu ideya, həmçinin ABŞ-ın Suriyadan qoşunlarını çıxarmasından sonra yarana biləcək mümkün mənfi nəticələri aradan qaldırmalı, İŞİD terrorçularının ora qayıtmasının qarşısını almalıdır. Avropalı diplomat, öz növbəsində təsdiq edib ki, amerikalılar artıq sözügedən ölkələrlə müvafiq danışıqlara başlayıblar, lakin onlardan heç bir hələ razılığını verməyib.

DİGƏR XƏBƏRLƏR

Top