Türkiyənin ən çox məhsul idxal etdiyi ölkə Rusiya oldu


Türkiyənin 2018-ci ilin dekabr ayında ən çox məhsul idxal etdiyi ölkə Rusiya olub. Yeniavaz.com “Habertürk” saytına istinadla xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir. Hesabata əsasən, qeyd edilən dövrdə Türkiyə Rusiyadan 1 milyard 786 milyon dollar məbləğində məhsul idxal edib. Bu ölkəni sıra ilə Almaniya (1 milyard 720 milyon dollar), Çin (1 milyard 292 milyon dollar) və ABŞ (997 milyon dollar) izləyir. Hesabat dövründə Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkə isə Almaniya olub. 2018-ci ilin dekabr ayında bu ölkəyə ixracat 1 milyard 205 milyon dollar təşkil edib. Siyahıda sonrakı yerləri müvafiq olaraq, Böyük Britaniya (893 milyon dollar), İtaliya (741 milyon dollar) və İraq (712 milyon dollar) tutur. Bundan başqa, dekabr ayında Türkiyənin xarici ticarət kəsiri 71,1% azalaraq 2 milyard 674 milyon dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top