Ukraynada prezidentliyə namizədlərin sayı 26-a çatdı


Ukraynanın Mərkəzi Seçki Komissiyasının növbəti iclasında daha üç nəfərin - İqor Smeşko, İnna Boqoslovskaya və Vladimir Zelenskinin prezidentliyə namizədlikləri qeydə alınıb.

Bununla da MSK tərəfindən qeydə alınan namizədlərin sayı 26-ya çatıb. Artıq 51 nəfər namizədliyinin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim edib.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Qeydə alınan prezidentliyə namizədlərin sayının 30-u ötəcəyi proqnozlaşdırılır.(AzərTac)

DİGƏR XƏBƏRLƏR

Top