Pompeo Venesuela ordusuna çağırış etdi


 ABŞ dövlət katibi Mayk Pompeo Venesuela prezidenti Nikolas Maduronun apardığı “repressiya” siyasəti şəraitində ölkənin hərbçilərini vətəndaşların təhlükəsizliyini təmin etməyə çağırıb.

Pompeo bu barədə “Twitter” səhifəsində yazı paylaşıb.

Öz “tweet”ində Pompeo Maduro rejiminin repressiyalarının davam etdiyini vurğulayıb.

“Venesuelalılar demokratiyanın bərqərar olmasını tələb edirlər. Biz Venesuela silahlı qüvvələrini ölkədə yaşayan bütün venesuelalıları, ABŞ və digər ölkələrin vətəndaşlarını qorumağa çağırırıq”, - deyə Pompeo qeyd edib.

O, ABŞ hökumətinin Venesuela sakinlərinin tərəfində olduğunu bildirib.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top