Hacıqabul rayonunda yırtıcı heyvanyerli sakinə hücum edib.
Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə Ağacanlı kəndində baş verib.
Kənd sakini, 1950-ci il təvəllüdlü Mirzəyev Mətləb Məhəmmədəli oğlu qoyun otararkən qoyun sürüsü çaqqalın hücumuna məruz qalıb. Qoyunlarını vəhşi çaqqalın hücumundan qorumaq istəyən 68 yaşlı kənd sakininin özü də çaqqalın hücumuna tuş gəlib. O, çaqqalı öldürsə də, yırtıcı heyvan M.Mirzəyevin barmağını qoparıb və ayağını yaralayıb.
Yaralı kənd sakininə həkimlər yardım edib, ona quduzluq əleyhinə vaksin vurulub.