Nazarbayev: "Siz hökumət nazirləri yox, sadəcə qorxaqsınız"


Qazaxıstan prezidenti Nursutlan Nazarbayev hökumətin Astanada keçirilən geniş tərkibli iclasında Nazirlər Kabinetini sərt şəkildə tənqid edib. 

"Maliyyə sistemi... Bank yaradılır. İnsanlar inanmağa başlayır və öz pullarını gətirirlər. Dövlət sektoru pul yatırır, daha sonra öz səhmdarlar pulları oğurlamağa başlayır. Gedir, qaçır və daha sonra biz də..

Daniyar (Akişev, Milli Bankın sədri) başınla cavabdehsən. Səhmdarların pulları oğurlamamasına nəzarət etmək lazımdır. Bəs biz niyə burda oturmuşuq? İqtisadiyyatı müflislərdən təmizləməsək biz normal inkişaf etməyəcəyik. Həm hökumət, həm də banklar daima büdrəyəcək" - deyə Nazarbayev qeyd edib.

Qazaxıstan prezidenti hökumət üzvlərini şirkətləri müflis elan etməkdən ehtiyatlanan qorxaqlar adlandırıb: "Müflislik institutu bazar iqtisadiyyatı olan ölkələrdə geniş yayılmış haldır. Siz hökumət nazirləri yox, sadəcə qorxaqsınız. Qərar qəbul etmək üçün əlləriniz, dizləriniz əsir. Onda nə üçün işləyirsiniz? Bütün bankları təmizləyin. Onda hesab edəcəyəm ki, hökumət öz işini dürüst gördü. Sonra isə istefaya gedin".(sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top