Trampın avtomobil korteji qəzaya düşüb: 2 yaralı


ABŞ prezidenti Donald Trampın avtomobil korteji qəzaya düşüb. Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Amerika saatı ilə 14:30-da paytaxt Vaşinqtonda baş verib. İlkin məlumata görə, bir etirazçı anidən özünü prezidentin kortejinin qarşısına atıb. Təhlükəsizlik Xidmətinin əməkdaşlarının olduğu avtomobil ani manevr nəticəsində qəza edib. Qəza nəticəsində bir Təhlükəsizlik Xidməti əməkdaşı və qəzaya səbəb olan aksiyaçı yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdiriblər.

DİGƏR XƏBƏRLƏR

Top