Ötən il transferlərə nə qədər pul xərclənib? - Rəqəmlər açıqlandı


 FİFA 2018-ci il üçün dünya futbol bazarındakı məlumatları açıqlayıb.

Klubların transferlərə xərclədikləri ümumi məbləğ 7.03 milyard dollar təşkil edib. Bu, 2017-ci ildəki analoji göstərici ilə müqayisədə 10% artım deməkdir.

2018-ci ildə 16,533 beynəlxalq transfer reallaşıb ki, bu da əvvəlki ilə nisbətən 5.6% daha çoxdur. Bu transferlərə 175 millətdən 14 186 oyunçu qatılıb.

31 klub 7.03 milyard dolların yarısından çoxunu xərcləyib. Bütün bu xərclərin 78.2%-i UEFA-ya üzv olan klubların payına düşüb. (report)

DİGƏR XƏBƏRLƏR

Top