Futbolçunun içində olduğu təyyarənin qalıqları tapıldı


Fransadan Uelsə uçarkən hava radarlarından naməlum şəkildə yox olan gənc futbolçu Emiliano Salanın olduğu təyyarənin qalıqları tapılıb.

Bu barədə Hava Qəzalarını Araşdırma Şöbəsi informasiya yayıb.

İkinci dəfə başladılan axtarış əməliyyatları nəticəsində hələ ki, bu qədər irəliləyiş əldə edilib.

Qeyd edək ki, Emiliano Sala Fransa liqasında mübarizə aparan "Nants” komandasından "Kardiff Siti” komandasına transfer olunmuş, yeni komandasının düşərgəsinə qatılmaq üçün xüsusi təyyarə ilə yola çıxmışdı.(publika.az)

DİGƏR XƏBƏRLƏR

Top