Ötən il sürücülər 1 milyon 690 min dəfə sürət həddini aşıb


2018-ci il ərzində yol hərəkətinə nəzarət prosesində 3.409.698 yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 8.113, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 1.690.044, ötmə, manevr və qarşıdan gələn nəqliyyatın yoluna çıxma qaydalarının pozulması üzrə 151.760, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 141.817, svetoforun qadağanedici siqnallarının pozulması üzrə 87.296, sərnişin daşıma qaydalarının pozulması üzrə 10.636 fakt aşkar edilib. YHQ pozuntusuna görə 7.601 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.(open.az)

DİGƏR XƏBƏRLƏR

Top