Səudiyyə Ərəbistanında leysandan iki gündə 12 nəfər ölüb


Səudiyyə Ərəbistanında leysan yağışlarının qurbanlarının sayı son iki gündə 12 nəfərə çatıb.

Bu barədə krallığın mülki müdafiə xidməti məlumat yayıb. Ölüm hallarından yeddisi Mədinədə, üçü Ciddədə, ikisi isə Hait əyalətində qeydə alınıb. 

Qeyd edək ki, ötən həftə sonundan bəri krallığın şimal və qərbindəki bir çox şəhərlərdə güclü yağışlar başlayıb. Yağış sularını təmizləmək üçün lazımi drenaj infrastrukturunun olmaması yollarda subasmalara səbəb olub. Hökumətin bu situasiyada hərəkətsizliyi səudiyyəlilərin qəzəbinə tuş gəlib. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top