Mingəçevirdə vətən uğrunda şəhid olanların muzeyi


Bu müzeyin eksponatları qədim tapıntılar, arxeloji qazıntılar nəticəsində aşkarlanan hər hansı təsərrüfat alətləri deyil. Burada vətən uğrunda şəhid olan oğulların şəxsi əşyaları, şəkilləri, hətta musiqi alətləri qorunub saxlanılır. Mingəçevirdə 24 ildi fəaliyyət göstərən Şəhidlərin xatirə müzeyində 328 şəhidin, 2 minə qədər müxtəlif əşyaları qorunur. Müzeyin əməkdaşı şəhid bacısı, Mətanət İsmayılova eksponatların müzeyə şəhidlərin ailələri tərəfindən təqdim edildiyini və burada qorunub saxlanıldığını bildirdi. Nümayiş olunan əşyalar arasında musiqi alətləri, ətir, açılmış güllələr daha çox diqqət çəkir.
Şəhidlərin xatirə müzeyində nümayiş edilən eksponatlar arasına aprel döyüşlərində dünyasını dəyişən vətən oğullarının şəxsi əşyaları da var. Onların keçdiyi döyüş yolunu əks etdirən fotoşəkillər, hərbidə istifadə edilən geyimlər müzeydə nümayiş etdirilir.
Mingəçevirdə 1995-ci ildən fəaliyyət göstərən Şəhidlərin xatirə müzeyinə maraq böyükdür. Şəhərə gələn turistlər, yerli sakinlər, əsasəndə məktəblilər buranı tez-tez ziyarət edirlər.
Esmira Hidayətova, Mingəçevir.
 
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top