Tramp: Bu gün Venesuelada böyük etiraz aksiyası gözlənilir


Nikolas Maduro ABŞ-ın Venesuelaya sanksiyalar tətbiq etməsindən və bu ölkənin neft gəlirləri kəsildikdən sonra müxalifətlə müzakirə aparmaqda istəklidir. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, bu gün Venesuelada kütləvi etiraz aksiyası gözlənilir: “Xuan Quaido Venesuela Ali Məhkəməsi tərəfindən hədəf alınıb. Bu gün böyük etiraz aksiyası gözlənilir. Amerikalılar növbəti bildirişədək Venesuelaya getməməlidirlər”.

DİGƏR XƏBƏRLƏR

Top