Bu ölkədə qrip epidemiyası elan edildi


Qrip epidemiyası Rumıniyanı bürüyüb, xəstəlik yayılacaq.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rumıniyanın səhiyyə naziri Sorina Pıntya deyib. Onun sözlərinə görə, ölkədə üçüncü həftədir epidemik vəziyyət yaranıb: “Qrip müxtəlif intensivliklə bütün ölkə üzrə yayılır. Qripin intensiv yayılması fevralda davam edəcək. Nazirliyin məqsədi qripin ağır hallarını və virusa görə ölümləri aradan qaldırmaqdır. Bu məqsədlə əlavə 30 min vaksin alınıb və onlar tibb müəssisələrinə paylanılacaq”. Qeyd edək ki, yanvardan bu günədək Rumıniyada 54 nəfər qripdən ölüb.

DİGƏR XƏBƏRLƏR

Top