Azərbaycanlı aparıcı xərçəngə tutulub - FOTO


Aparıcı-jurnalist Tahirə Məmmədqızı xərçəng xəstəliyinə tutulub. O, bu haqda İnstaqram səhifəsində yazıb. 

"10 günə ağır əməliyyata gedirəm. Allah bütün bəndələrinə kömək olsun, biz də içində. Ümid edirəm ki, əməmliyyatdan sağ-salamat çıxıb, oğlumu tək qoymayacam. Adətən xəstəlik bir sınaq sayılır. Deyəsən bu sınaqdan bir dəfə də keçməli olacam. Yaxın günlərdə onkoloji xəstəliklə əlaqədar ağır əməliyyat keçirməli olacam”.
T.Məmmədqızının bədəninin müxtəlif nahiyələrində 7 şiş var. (unikal.org)

DİGƏR XƏBƏRLƏR

Top