Binəli Yıldırım istefa verəcək


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım istefa verəcək.

Bu barədə o, canlı yayımda açıqlayıb.
 
Yıldırım 18 fevralda İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi üçün namizədliyini irəli sürəndə vəzifəsindən istefa verəcəyini bildirib: "İlk dəfə açıqlayıram. Namizədlik üçün müraciət etdiyim andan etibarən vəzifəmdən istefa verəcəyəm. Qaldı ki, mən rəsmi şəkildə hələ namizəd deyiləm. Partiyam məni namizəd göstərəcəyini açıqlayıb. Namizədliyimin elan olunduğu gündən etibarən parlament sədrliyindən çəkiləcəyəm".(unikal.org)

DİGƏR XƏBƏRLƏR

Top