Venesuela Prezidenti Nikolas Maduro hesab edir ki, ABŞ lideri Donald Tramp Kolumbiya hökumətinə onu öldürmək əmri verib.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, N. Maduronun sözlərinə görə, ona qarşı yeni sui-qəsd ehtimalının olması çətindir Venesuela lideri qeyd edib: “Lakin heç şübhəsiz Donald Tramp məni öldürmək əmri verib, Kolumbiya hökumətinə, Kolumbiya mafiyasına məni öldürməyi deyib. Əgər nə vaxtsa mənə nəsə olacaqsa, Donald Tramp və Kolumbiya Prezidenti İvan Duke mənimlə baş verən hər şeyə görə məsuliyyət daşıyacaqlar”. O əlavə edib: “Məni qoruyurlar, bizim yaxşı mühafizə sistemimiz var, üstəlik daha əhəmiyyətli qorumamız var və bu, Tanrı tərəfindən mühafizədir, o mənə uzun ömür verəcək. Mən xristianam, Tanrının qorumasına inanıram. Məni Venesuela xalqı qoruyur, yaxşı kəşfiyyat xidmətimiz var”.