Gürcüstan-Türkiyə sərhədi müvəqqəti bağlanır


Gürcüstan-Türkiyə “Sarpi” sərhəd keçid məntəqəsi yanvarın 31-də müvəqqəti olaraq bağlanacaq.

Yemiavaz.com “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
 
Məlumatda deyilir ki, “Sarpi” sərhəd keçid məntəqəsi Gürcüstan ilə Türkiyə arasında ən böyük keçid məntəqəsidir. Məntəqədə piyadalar üçün yeni dəhliz açılacaq. Bununla əlaqədar olaraq yanvarın 31-də səhər saat 10:00-dan 18:00-dək sərhəd keçid məntəqəsi həm avtomobillər, həm də piyadalar üçün bağlanacaq.

Türkiyənin Batumidəki Baş konsulluğu bildirir ki, yeni piyada keçidinin istifadəyə verilməsi məntəqənin işini əsaslı şəkildə asanlaşdıracaq, avtomobillərin və piyadaların keçidini sürətləndirəcək.

DİGƏR XƏBƏRLƏR

Top