ATƏT PA Yerevandan araşdırma tələb etdi


ATƏT PA-nın İnsan hüquqları və demokratiya Komitəsinin sədri Marqareta Helen Keyner Ermənistanda aclıq aksiyası nəticəsində həbsxanada ölən siyasi məhbus Mqer Yeqiazaryanla bağlı rəsmi Yerevana məktub göndərib.

Bu barədə ATƏT PA-nın rəsmi "Tviter" hesabında məlumat verilib.

Komitə sədri Yeqiazaryanın aclıq aksiyası nəticəsində faciəli şəkildə ölməsindən narahat olduğunu və bu məsələnin araşdırılmasını tələb edib.

Xatırladaq ki, dünən ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Ermənistanda həbsxanada ölən siyasi məhbus Mqer Yeqiazaryanla bağlı məsələni ictimailəşdirmiş və beynəlxalq təşkilatların bu dəhşətli hadisəyə laqeyd qalmasının qəbuledilməz olduğunu bildirmişdi. Bu gün isə ATƏT PA məsələyə münasibət bildirərək narahatlığını ifadə edib və rəsmi Yerevandan məhbusun ölümü ilə bağlı izahat istəyib.

DİGƏR XƏBƏRLƏR

Top