
Gürcüstan ilə Rusiya arasında yükdaşımalarla bağlı gömrük monitorinqinə dair danışıqlar bərpa olunur.
Yeniavaz.com AZƏRTAC-a istinadən xəbər verir ki, danışıqların növbəti mərhələsi fevralın 8-9-da İsveçrədə keçiriləcək.
Gürcüstanın maliyyə naziri İvane Maçavariani deyib ki, görüşdə tərəflər arasında gələcək fəaliyyətə dair strategiyanın hazırlanması nəzərdə tutulur.
Xatırladaq ki, yüklərin gömrük monitorinqinə dair Gürcüstanla Rusiya arasında müqavilə 2011-ci ildə imzalanıb. Lakin müəyyən səbəblərdən bu günədək tərəflər arasındakı mövcud bəzi problemlər hələ də həll olunmayıb.
Sənədə əsasən, yüklərin monitorinqini İsveçrənin "SGS" şirkəti həyata keçirəcək.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                