Region ölkələrində korrupsiya səviyyəsi - SİYAHI


Beynəlxalq Şəffaflıq Təşkilatı ("Transparency İnternational") tərəfindən 2018-ci il üçün açıqlanan "Korrupsiya Qavrama İndeksi -2018" adlı hesabatda qeyd olunur ki, Azərbaycan korrupsiyanın səviyyəsinə görə 25 balla 180 ölkə arasında 152-ci sırada yer alıb. Yeniavaz.com  Beynəlxalq Şəffaflıq Təşkilatının açıqladığı hesabata istinadən bildirir ki, reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.
Qeyd edək ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir.  
2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu,
2016-cı ildə isə 30 balla 176 ölkə arasında 123-cü,
2017-ci ildə 31 balla 180 ölkə arasında 122-ci yeri tutub.
Azərbaycanın builki hesabatda mövqeyi əvvəlki illə müqayisədə 6 bal azalıb. Nəticədə 180 ölkə arasındakı mövqeyi 30 pillə geriləyib.  
Sıralamadakı mövqeyə gəldikdə isə qeyd edək ki, MDB və region ölkələri arasında ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstanda ötən il korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 41-cı sırada qərarlaşıb. Türkiyə bu hesabatda Gürcüstanda 37 pillə geridədir - 78-ci yer. Digər MDB və region ölkələri isə korrupsiya səviyyəsinə görə belə sıralanıblar:
Belarus 70-ci yer,
Ermənistan 105-ci yer,
Moldova 117-ci yer,
Ukrayna 120-ci yer,
Qazaxıstan 124-cü yer,
Qırğızıstan 132-ci yer,
İran isə 138-ci yer,
Rusiya 139-cu yer,
Tacikistan 157-ci yer,
Özbəkistan 158-ci yer,
Türkmənistan 161-ci yer.

Dünyada korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələr Danimarka və Yeni Zelandiya hesab olunur. Korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələrin ilk onluğunu Finlandiya, Sinqapur, İsveç, İsveçrə, Norveç, Hollandiya, Kanada və Lüksemburq tamamlayır.
Ən pis vəziyyət isə Somali, Suriya, Cənubi Sudan, Yəmən, Şimali Koreya, Sudan, Qvineya Bisau, Ekvatorial Qvineya və Əfqamıstan qeydə alınıb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top