Tramp və Kim Çen In görüşünün yeri açıqlandı


ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş fevralın sonunda Vyetnamın Dananq şəhərində keçiriləcək. 

Bununla bağlı “Kommersant” nəşri mənbəyə istinadən məlumat yayıb.

Mənbə görüşün keçiriləcəyi tarixi açıqlamayıb. 

Xatırladaq ki, liderlər arasındakı ilk görüş 2018-ci ilin iyununda Sinqapurda keçirilmişdi. Görüş zamanı Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və sülhün təmin edilməsi, ABŞ-Şimali Koreya əlaqələrinin normallaşdırılması müzakirə edilib.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top