Güclü külək təyyarələrə çətin anlar yaşatdı - VİDEO


İngiltərədə saatda 90 kilometr sürətlə əsən külək pilotlara və sərnişinlərə çətin anlar yaşadıb. Hava limanının kameraları və həvəskarlar həmin anları lentə alıb. Yeniavaz.com CNN-ə istinadla xəbər verir ki, küləyin şiddəti nəticəsində düz qalxmalı olan təyyarələrdən bəziləri yan havalanıb. Bəzi təyyarələr isə bir neçə cəhddən sonra enə bilib. Havanın belə olmasına baxmayaraq ehtimal olunan qəza hallarından heç biri baş verməyib. 

DİGƏR XƏBƏRLƏR

Top