"Facebook" bu cür videoları qadağan edə bilər


"Facebook" rəhbərinin yeni köməkçisi, həmçinin İngiltərə baş nazirinin əvvəlki müavini Nik Kleg sosial media platformalarını gənc nəsil üçün daha da etibarlı etməyi başlıca vəzifələrindən olduğunu bildirib.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, İngiltərənin Səhiyyə Naziri Met Henkok, öz bədənlərinə ziyan verənlərlə intihara cəhd edənlərin videolarının sosial mediada yayılmasına etiraz edib, bu cür paylaşımlar dayandırılmazsa qadağa qoyulacağını bildirmişdi.

Nik Kleg bəzi mütəxəssislərin bu cür kadrların “köməyə ehtiyacı olanlara” daha tez çatmaq üçün bir vasitə olduğunu düşündüyünü bildirib. O, öz uşaqlarına da bəzi sosial media görüntülərini qadağan etdiyini bildirib. 

Qeyd edib ki, yaxın gələcəkdə bu cür kadrların bulanıqlaşdırılması və ya birdəfəlik aradan qaldırılması nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top