Göygöldə vəhşi heyvanlar tərəfindən parçalanmış meyit tapılıb - VİDEO


Göygöl rayonun Nadil kəndi ərazisində kişi meyiti tapılıb.

Vəhşi heyvanlar tərəfindən bədəninin müxtəlif hissələri tanınmaz hala salınan meyit tibbi ekspertizaya göndərilib.

Onun 1963-cü il təvəllüdlü Zaməddin Misir oğlu Zeynalov olduğu məlum olub. Yaxınlarının bildirdiyinə görə, Zaməddin Zeynalov bir həftə öncə itkin düşüb.

Onun hansı şəraitdə öldüyü, məsələdə cinayət tərkibi olub-olmadığı hələlik məlum deyil.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top