Türkiyədə marketlərdə bibər və badımcan satılmayacaq - SƏBƏB


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda marketlərdəki meyvə və tərəvəzlərin qiymətlərinin yüksək olmasını qınamaışdı. Bunun nəticəsində marketlər şəbəkəsi olan bir neçə firma yeni qərar qəbul edib. Yeniavaz.com Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, qış fəsli olduğu üçün bibər və badımcanın bir kilosu bəzi marketlərdə 20 türk lirəsi (təxminən 6.30 AZN) olub.

Qiymətlərin bahalaşması səbəbilə qınaq obyektinə çevrilən bəzi firmalar da öz marketlərində bibər və badımcan satmamağı qərara alıblar.

Türkiyə Pərakəndə Satış Federasiyası rəhbəri Mustafa Altunbilək və Antalya Yaş Meyvə və Tərəvəz İstehsalçıları Birliyinin rəhbəri Nevzat Akcan da məlumatı təsdiqləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top