Moskvada həmyaşıdları tərəfindən yandırılan məktəbli öldü


Moskvada həmyaşıdları tərəfindən yaşadığı evin blokunda yandırılan məktəbli ölüb. 

Bununla bağlı səhiyyə xidmətindəki mənbə məlumat verib. 

“15 yaşlı 10-cu sinif şagirdi həkimlərin bütün cəhdlərinə baxmayaraq, ölüb. O, bədəninin 90 faiz hissəsinin yanığı ilə xəstəxanaya yerləşdirilmişdi”, - mənbə bildirib. 

Hadisədə şübhəli bilinən yeniyetmələr həbs edilib.

Xatırladaq ki, hadisə yanvarın 25-də baş verib. Yeniyetmələr məktəblinin üzərinə benzin tökərək, onu yandırıblar.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top