Bu ölkədə pensiya yaşı aşağı salındı



İtaliya Prezidenti Serco Mattarella ölkədə pensiya islahatının aparılması haqqında qanun imzalayıb. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, müvafiq qanun layihəsi parlament tərəfindən yanvarın ortalarında qəbul olunub. Layihəyə əsasən, İtaliyanın pensiya sisteminə “100 kvotası” daxil edilir. Bu o deməkdir ki, bundan sonra pensiyaya çıxma müddəti aşağıdakı formula üzrə müəyyən ediləcək: vətəndaşın yaşı və onun əmək stajı. Bu iki göstəricinin cəmi 100 nəticəsini verməlidir.

Qeyd edilir ki, pensiyaya çıxmağın minimum yaş həddi 62 təşkil edəcək, bu təqdirdə staj 38 ildən aşağı olmamalıdır. Əvvəlki qaydalara əsasən, əksər italiyalı pensiyaya 67 yaşında çıxa bilirdi. Qanun, həmçinin aztəminatlı vətəndaşlara ayda 780 avro məbləğində sosial ödənişlərin verilməsini nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top