1 dəqiqədən tez yuxuya getməyin SADƏ ÜSULU


Başını yastığa qoyan kimi yuxuya gedən insanlara çoxumuz həsəd aparırıq. Amma artıq bu hamı üçün mümkün ola bilər. Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunun üçün “4-7-8 Nəfəs” üsulunu yoxlamaq lazımdır. Yerinizin içində gözlərinizi tavana zilləyərək durduğunuzda zamanın daha yavaş getdiyini düşünürsünüzsə siz də tez yuxuya gedə bilməyən insanlardansınız.

Bu əksər insanların ən böyük problemlərindən biridir. Demək olar ki, bu qəbildən  olan insanların hamısının tez yuxuya getmək üçün özünəməxsus üsulları var. 

Yeni ortaya qoyulan “4-7-8 Nəfəs” üsulu isə bir çoxları tərəfindən rəğbətlə qarşılanıb. Bu üsul hamı üçün eyni nəticəni verməsə də bir çox insana yararlı olduğu artıq sübut olunub.

Üsul isə çox sadədir. Bunun üçün səssiz bir şəkildə 4 saniyə dayanmadan burundan nəfəs almaq lazımdır. Sonra 7 saniyə aldığınız nəfəsi saxlamaq və ardından 8 saniyə müddətində nəfəsi vermək lazımdır. Daha sonra isə bu proses 3 dəfə təkrar olunmalıdır. 

DİGƏR XƏBƏRLƏR

Top