Bahçeli: Tramp Kılıçdaroğlunu tanıyıram desə, nə edəcəyik?



Əgər ABŞ Venesuelada olduğu kimi sabah Türkiyə də də “mən sizi tanımıram, Kamal Kılıçdaroğlunu qəbul edirəm” deyərsə, nə edəcəyik? Yeniavaz.com “Milliyet” qəzetinə istinadla xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib. Onun sözlərinə görə, risk buradadır: “Biz də buna razı olmamalıyıq. Bunlara razı olsaq, Türkiyə üçün də bəlaya çevrilərlər. Tramp bunu istədi deyə CHP-lilər “sarı jiletlilər” kimi küçəyə axışdı, biz də buna razı olacağıqmı? Tutaq ki, Tramp səhər yuxudan qaxldı, baxdı ki, hava buludlu, şiddətli qasırğalar var. Onun təsiri altında qaldı. “Twitter”də yazmağa başladı:  “Türkiyədə Kamal Kılıçdaroğlunun ölkə hakimiyyətinə gəlməsində Amerika və Türkiyənin mənfəətləri baxımından fayda görürük, hakimiyyət dəyişsin, Kamal Kılıçdaroğlu olsun” dediyi təqdirdə CHP-lilər nə edəcək? Kamal bəy dediklərimə görə inciməməlidir. “Hamımız birlikdə milli mövqe nümayiş etdirməliyik” deməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top