Sığorta bazarının 67 faizi iki şirkətin əlində cəmlənib


Ötən il ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən yığılan 727,9 milyon  manat məbləğində sığorta haqqının yarıdan çoxunu - 54%-ni "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətləri toplayıb. Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasından açıqlanan məlumatlara istinadən bildirir ki, "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 393 milyon manat olub.
Sığorta bazarında ikinci ən böyük pay sahibi "Atəşgah Həyat" və "Atəşgah" şirkətləri hesab olunur. "Atəşgah Həyat" ötən ili 60,1 milyon manatlıq yığımla, "Atəşgah" isə 36,8 milyon manatlıq yığımla başa vurub. Bu şirkətlərin yığdığı sığorta haqları ümumi yığımın 13,3%-ni təşkil edib.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, sığorta bazarının  67%-dən çoxu 2 şirkətin "Paşa" və "Atəşgah" sığorta şirkətlərinin payına düşür.
Digər 17 şirkət arasında ən çox sığorta haqqı toplayan şirkətlərin ilk 5-liyini 43,4 milyon manatlıq yığımla Dövlət Sığorta Kommersiya Şirkəti tamamlayır.
2018-ci ildə sığorta şirkətləri tərəfindən hesablanmış sığorta haqları və sığorta ödənişləri belə olub:
Sığortaçının adı  Sığorta haqları Sığorta ödənişləri
“Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti                              743.7                                 103.5  
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti                        13,169.7                              8,064.4  
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti                        22,437.5                           10,609.8  
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti                        60,107.4                           14,720.3  
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti                        36,805.8                           20,021.9  
“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti                        18,600.7                              9,562.6  
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti                        43,388.9                           14,689.3  
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti                           8,138.7                              2,862.5  
“AZSIĞORTA” Açıq Səhmdar Cəmiyyəti                        20,029.7                              8,095.7  
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti                           1,024.5                                 197.5  
“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti                           5,836.8                              3,327.6  
“İpək Yolu Sığorta” ASC                        17,003.3                              1,717.0  
“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti                        25,769.1                              3,648.0  
"Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti                              262.7                                      3.3  
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti                      264,988.4                           71,045.5  
“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti                      128,007.0                           49,520.3  
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti                        15,897.0                           12,349.2  
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti                        16,557.4                              1,962.9  
“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti                           1,758.9                                 316.0  
“Standard Insurance” Açıq Səhmdar Cəmiyyəti                        12,930.7                              3,706.6  
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti                        14,496.0                              3,809.7  
 
 

DİGƏR XƏBƏRLƏR

Top