Vəkilə “maşını başqa yerdə saxla” deyən şəxs üçün 5 il həbs istənilir


Avtomobilini küçədə saxlamaq istəyən qadın vəkilə “başqa yerdə saxla, burda mən saxlayıram” deyərək mane olmaq istəyən adam 5 il həbsi tələb olunmaqla məhkəməyə verilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə İstanbulda baş verib. Qadın vəkilə “Maşını başqa yerdə saxla” deyən adam “vətəndaşın hüquqlarını əlindən almaq” maddəsi əsasında haqqında 5 il həbs tələbi ilə məhkəməyə verilib.

DİGƏR XƏBƏRLƏR

Top