Saakaşvili hakimiyyəti hədələdi - Gələrəm!


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəyə geri qayıtmağa və orada hakimiyyəti dəyişməyə söz verib. Bunu o "Rustavi 2" telekanalının efirində bildirib.

Saakaşvilinin sözlərinə görə, o, vətənə "Gürcüstanın aktiv hissəsi və müxalifət" ona 72 saat ərzində ölkədə azad hərəkət etməyi təmin edə biləcəyinə əmin olduqda qayıdacaq.

Gürcüstanın sabiq lideri, həmçinin Gürcüstanın hakim partiyasının əsasını qoyan Bidzina İvanaşvili ilə mübarizəsindən də danışıb. O, Gürcüstan hakimiyyətini "dəlixanada həkimləri otaqlarda bağlı saxlayan dəlilərlə" müqayisə edib və vurğulayıb ki, onları "faciə, zorakılıq və qurbanlar" olmadan neytrallaşdırmaq lazımdır. (sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top