Gürcüstan hərbi arsenalını Fransa və ABŞ silahları ilə gücləndirəcək


Gürcüstan Müdafiə Nazirliyi Fransadan hərbi hava hücumundan müdafiə sistemləri və ABŞ-dan “Javelin” tank əleyhinə raket komplekslərinin alınmasını 2019-cu ildə başa çatdıracaq.

Yeniavaz.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın müdafiə naziri Levan İzoriya söyləyib.

Nazir deyib: “Gürcüstan 2017-ci ildən başlayaraq Fransadan hava hücumundan müdafiə silahları alır. Cari ildə bu silahların alınması başa çatdırılacaq. Eyni zamanda, ABŞ-dan “Javelin” tank əleyhinə raket kompleksinin alınmasına başlamışıq. Bu il həmin silahların da alınması başa çatacaq”.

İzoriya bildirib ki, Gürcüstanın müdafiə qüvvələrinə aid olan “İrokez” helikopterlərinin modernləşdirilməsi üçün dövlət büdcəsindən lazımi vəsait ayrılıb.

Məlumat üçün qeyd edək ki, Gürcüstan Silahlı Qüvvələrində olan 7 ədəd “İrokez” helikopteri ABŞ tərəfindən hədiyyə verilib. Helikopterlərin modernləşdirilməsinin də bu il başa çatdırılması nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top