Ermənistan müdafiə naziri: “Böyük resurslara ehtiyacımız var”


Bu gün Ermənistan ordusunun tam müqaviləli hərbi xidmətə keçmək üçün böyük resurslara ehtiyacı var.

Yeniavaz.com "Sputnik"ə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda müharibə vəziyyəti ilə bağlı Ermənistan böyük orduya sahib olmalıdır. Bizim bütün beynəlxalq standartlar üzrə əhalinin sayı ilə qeyri-mütənasib ordumuz olmalıdır. Biz icbari və müqaviləli hərbi xidmət sistemini təkmilləşdirmək üçün hər şeyi etməliyik. Çünki başqa variantımız yoxdur. Lakin bu gün bizim tam müqaviləli hərbi xidmətə keçmək üçün böyük resurslara ehtiyacımız var" – Tonoyan vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu gün orduya müəyyən məhdudiyyətləri olan gənc insanlar da çağırılır ki, bu da yanlışdır: "Orduda sağlam gənclər xidmət aparmalıdır. Müəyyən tibbi məhdudiyyətləri olan şəxslər üçün isə yeni format tətbiq edəcəyik. Lakin ciddi problemləri olan gənclər xidmət aparmayacaq".

DİGƏR XƏBƏRLƏR

Top