BP-yə məxsus “Land Cruiser” ilə “VAZ 2107” toqquşub - 1 ölü, 2 yaralı - FOTOLAR


Ötən həftənin cümə günü Xocahəsən yolunda BP şirkətinə məxsus olan H 021 705 dövlət nömrə nişanlı “Land Cruiser” markalı avtomobil, 90 HN 079 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobillə toqquşub. 

Yeniavaz.com xəbər verir ki, nəticədə “07”də olan 3 nəfərdən 1-i yerindəcə keçinib, 2-si ağır yaralanıb. Bu barədə “Avtosfer.az”a hadisə şahidləri məlumat verib. 

Qeyd edək ki, avtomobili BP-yə məxsus “Atilla” adlı şirkətin sürücüsü idarə edib. Sürücü heç bir xəsarət almayıb.



DİGƏR XƏBƏRLƏR

Top