​Məcburi köçkünlərdən "Qaçqınkom"a İTTİHAM - "Vəd verib, yerinə yetirməyiblər" - VİDEO


Qaradağ rayon Sahil qəsəbəsində Məcburi köçkünlərin yaşadığı 12 nömrəli yataqxananın sakinləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini verilən sözləri tutmamaqda ittiham edirlər. Onlar iddia edirlər ki, Komitə onları köçkünlər üçün tikilən mənzillərə köçürüləcəkləri haqqında vəd verib, amma yerinə yetirməyib: "2018-ci ilin yay aylarından etibarən Komitənin əməkdaşları bizi həmin ilin noyabr ayınadək Qaradağ rayonunun Ümid qəsəbəsində yerləşən mənzillərə köçürüləcəklərinə dair vəd verib, yerinə yetirməyiblər".
Qurumun Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev isə Yeniavaz.com-a verdiyi açıqlamada bildirdi ki, Qaradağ rayonunun Ümid qəsəbəsində məcburi köçkünlər üçün tikilən mənzillərə ilk mərhələdə ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub: "Buraya Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən 12 nömrəli yataqxanada məskunlaşan məcburi köçkünlər daxil deyil”.
Sözügedən yataqxanadan hazırladığımız sujeti təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top