DİQQƏT! Bu sözləri xərçəng xəstələrinə demək olmaz

 
 Xərçəng xəstələrini ifadə etmək üçün “mübariz, qəhrəman, cəsur” kimi sözlərdən tez-tez istifadə olunur. Yeni bir elmi tədqiqat bunun cəsarətləndirici deyil, əksinə uyğunsuz olduğunu sübut edib.
 Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, İngiltərənin Mekmayln Xərçəngə Dəstək Mərkəzi üçün aparılan sorğunun nəticəsindən məlum olub ki, “xərçəngdən əziyyət çəkən”, “xərçəngə yenildi” və ya “qurban” ifadələri heç də xoş qarşılanmır.
2 min nəfəri əhatə edən tədqiqatlar nəticəsində məlum olub ki, xərçəngi ifadə etmək üçün istifadə etdiyimiz ən adi ifadələr belə çox yersizdir.
Bu hala ən çox mediada və sosial şəbəkələrdə rast gəlinir.
Sorğuya əsasən ən doğru hal xəstələrin vəziyyətini olduğu kimi ifadə etməkdir.

DİGƏR XƏBƏRLƏR

Top