Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunaraq həbs edilən Yunis Səfərovun ölümü haqda məlumat yayılıb.
Meydan TV-nin rəhbəri Emin Milli onun anasına istinadən yaydığı məlumatda iddia edib ki, Y.Səfərov həbsdə öldürülüb.
Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov bildirib ki, yayılan məlumat yalandır: “Yunis Səfərovun səhhəti normaldır, vəkili ilə də mütəmadi görüşür”.(qafqazinfo)