Nazirlik: Ötən il cəzanın icrasından boyun qaçıran 46 nəfər həbs olunub


Yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların təxminən yarısı - 10.182 nəfər ötən il cəza müddətinin başa çatması, təyin olunan cəzanın tam icra olunması ilə əlaqədar və ya qanunla müəyyən edilən digər əsaslarla qeydiyyatdan çıxarılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, bu barədə 2018-ci ildə məhkəmə və digər orqanların qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası, ədalət mühakiməsi əleyhinə və bəzi digər cinayətlərin istintaqının aparılması sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş müşavirədə bildirilib.

Qeyd olunub ki, cəzanın icrasından boyun qaçıran 527 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 46 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

DİGƏR XƏBƏRLƏR

Top