ABŞ və taliblər razılığa gəldi: Amerika qoşunları Əfqanıstandan çıxa bilər


ABŞ və “Taliban” radikal hərəkatının nümayəndələri sülh sazişi çərçivəsi haqqında prinsipial razılaşmalar əldə ediblər. Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad deyib. O, ötən həftə Dohada taliblərlə baş tutmuş danışıqlarda Amerika nümayəndə heyətinə başçılıq edib. Sülh sazişinə əsasən, silahlılar əfqan ərazisində terror qruplaşmalarına gizlətməməyə zəmanət verir, bu da ABŞ qoşunların bu ölkədən tam çıxarılmasına gətirib çıxara bilər. Bunun qarşılığında taliblərlə və Kabil arasında sülh və danışıqlar olmalıdır. Z. Xəlilzad bildirib: “Bizim çərçivə layihəmiz var, onu sazişə çevrilməzdən əvvəl konkretləşdirmək lazımdır. “Taliban” beynəlxalq terror qruplaşmalar və ya ayrı-ayrı şəxslər üçün Əfqanıstanın platformaya çevrilməsinin qarşısını almaq məqsədi ilə zəruri addımlar atmağı üzərinə götürüb”.

DİGƏR XƏBƏRLƏR

Top